"Vvacib oyunumuz var və hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Yığmaya qayıtdığım üçün xoşbəxtəm".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov Maltaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, keçmişdə olanları unutmaq lazımdır:
"Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyəm ki, komandanın uğurlarına töhfə verim.
Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir".
Martın 25-də keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

