"Üç yaxşı qapıçımız var.
Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir.
Digər ikisinin isə təcrübəsi var. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi deyib.
O, qələbənin öz-özünə gəlmədiyini bildirib: "Onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var.
Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik vacibdir.
Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq. Bunu birlikdə etməliyik".

