Azərbaycan yığması yenə məğlubiyyət aldı - Sloveniyadan

24 Mart 2022 19:20 Milli komanda 995
Azərbaycan yığması yenə məğlubiyyət aldı - Sloveniyadan

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Millimiz sloveniyalı yaşıdları ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində Nəriman Axundzadə fərqlənib. Yığmamız bu matçla təlim-məşq toplanışını başa vurub.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti