Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Dünən Maltaya yollanan yığmamız ilk yoldaşlıq görüşündə ev sahibləri ilə qarşılaşacaq.
Komandamız 5 gün sonra yenə bu ölkədə Latviya ilə üz-üzə gələcək. Canni De Byazinin sərəncamındakı futbolçular Maltaya səfərdən böyük qazancla qayıda bilər.
Bunun üçün AFFA-nın onlardan yeganə tələbi qələbə qazanılmasıdır. Hər uğurlu nəticə kollektiv üzvlərini 30 min manat irəli gələcək.
Heç-heçəyə görə alacaqları məbləğ 10-15 min manat təşkil edəcək.
SPORTİNFO.AZ

