"De Byazinin diqqətindən kənarda qalan oyunçu olmadı"

23 Mart 2022 23:20 Milli komanda 819
"De Byazinin diqqətindən kənarda qalan oyunçu olmadı"

"Düşünürəm ki, De Byazinin diqqətindən kənarda qalan oyunçu olmadı".

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Malta və Latviya ilə yoxlama oyunları üçün açıqlanan heyətinə münasibət bildirən futbol mütəxəsissi Aslan Kərimov deyib.

O, əsas problem kimi zədəlilərin olmasını göstərib: "Baş məşqçi aşağı-yuxarı mümkün olan bütün futbolçularla yaxından tanış olub. Problem yalnız zədələrlə bağlıdır. Qapı mövqeyində həm Emil Balayev, həm də Şahruddin Məhəmmədəliyev uzun müddətdir zədədən əziyyət çəkir. Nə zaman komandaya qayıdacaqlarını bilmirəm. Bu, çətinlik yarada bilər. Amma yaxşı bir misal var ki, pis olmasa yaxşılar üzə çıxmazdı. Bəlkə də pis hadisə saydığımız zədələr fonunda əsas milliyə gənc qapıçı qazamış olduq. Nicat Mehbalıyevi nəzərdə tuturam. "Qəbələ"də yaxşı mövsüm keçirir. Düzdü, bəzi oyunlarda kiçik səhvləri oldu. Amma inkişaf məhz belə səhvlərdən keçir. Düşünürəm ki, əsas milliyə dəvət olunması ona böyük motivasiya olacaq. Digər mövqelərə baxanda isə Namiq Ələsgərovun zədələnməsi narahatlıq yaratdı. Əvəzləyici kimi Rüstəm Əhmədzadə yenidən əsas milliyə çağrıldı.

Uzun müddətdən sonra Ağabala Ramazanovun dəvət olunmasını qeyd etmək olar. Başını aşağı salıb, komandasına faydalı olduğu üçün bu gün milli komandanın heyətindədir. Yaxşı performans göstərdiyin halda milli komandadan kənarda qalası deyilsən. Hətta kiminsə şəxsi problemlər olsa belə, sənin dəvətinin qarşısını kəsə bilməz. Təzyiq altında formada olan oyunçu məcburiyyətdən olsa belə milli komandaya çağırılacaq".

Kərimov yoxlama görüşlərindəki rəqiblərimiz barəsində də danışıb: "Malta bizim səviyyədə bəlkə də bir qədər bizdən aşağı səviyyədə ola bilər. Ancaq yaxşı bir imtahana çıxmış olacaq komandamız. Çünki uzun müddətdir oyunlar keçirmirdik. Yəqin ki, bütün oyunçular üçün özünü göstərməyə imkanı olacaq. Gözləntimiz qələbədir. Bu rəqiblər ilə heç-heçəyə oynamaq yolverilməzdir. Düzdü, yoldaşlıq oyunlarında nəticə önəmli deyil. Amma istənilən halda bu iki oyunda qələbə qazanmaq məcburiyyətindəyik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti