AFFA rəsmiləri milli üzvləri ilə nədən danışıb? - AÇIQLAMA

23 Mart 2022 22:20 Milli komanda 787
AFFA rəsmiləri milli üzvləri ilə nədən danışıb? - AÇIQLAMA

AFFA rəhbərliyi dünən Azərbaycanın əsas milli komandasının düşərgəsinə baş çəkmişdisə, bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.

Görüşdə rəsmilərdən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, yeni baş katib Sərxan Hacıyev və AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirak edib.

Sonuncu hər iki görüşün təfərrüatları ilə bağlı Sportinfo.az-a danışıb:

"Oyunlar öncəsi baş tutan görüşlər sırf motivasiya ilə əlaqədar idi. Mövcud durumu komanda ilə bölüşmək istədik. Baş məşqçi ilə söhbətimiz oldu. Ümumilikdə gəldiyimiz qənaət o oldu ki, hər kəs öz işin kifayət qədər məsuliyyətli və peşəkar yanaşır. Qarşıdakı görüşlərdə onlardan yalnız qələbələr gözlədiyimizi görüş əsnasında komandaya bildirdik".

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

U-21 isə martın 25-də Estoniya, 29-da isə Belarus yığması ilə üz-üzə gələcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti