“Onun mesajı mənə stimul verdi” – GÜNDƏMİN ADAMI

23 Mart 2022 21:20 Milli komanda 770
“Onun mesajı mənə stimul verdi” – GÜNDƏMİN ADAMI

“Ruhdan düşmürəm, şansımı gözləyəcəyəm”.

“Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a açıqlamasında millinin Malta və Latviya ilə oyunları üçün nəzərdə tutulan heyətdə yer almamasına münasibət bildirib.

Yığmanın çalışdırıcısı Canni de Byazinin bölgə təmsilçisindən cəmi bir nəfərə - Nicat Mehbalıyevə dəvət göndərməsi xoş qarşılanmadı.

Halbuki cari mövsüm uğurlu çıxışı ilə yadda qalan komandada Asif Məmmədov, Murad Musayev, Rövlan Muradov və Ulvi İsgəndərov kimi yerli futbolçuların sayı kifayət qədərdir.

Rövlan millidə kənarda qalmasına görə üzülmür. Əksinə, baş məşqçinin yazdığı mesajdan motivasiya aldığını deyir:

“Canni de Byazi mənə ingilis dilində mesaj yazmışdı. Gizlətmirəm, həmin mesaj mənə stimul verdi. Daha da güclünməliyəm ki, yığmanın sıralarında olum. Baş məşqçinin qərarına hörmətlə yanaşıram.

Bayrağm və vətənim üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram. Nə vaxt məsləhət bilib çağırsa, meydanda əlimdən gələnin maksimumunu etməyə çalışacağam”.

Rövlan Muradov cari mövsümdə “Qəbələ”nin heyətində Premyer Liqada meydana çıxdığı 20 oyunda 3 qol vurub. Ölkə kubokunda isə 3 qarşılaşmada 1 dəfə fərqlənib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti