“Düzünü desəm, bizi Azərbaycan önündə nə gözlədiyimi bilmirəm”

23 Mart 2022 16:20 Milli komanda 1 736
“Düzünü desəm, bizi Azərbaycan önündə nə gözlədiyimi bilmirəm”

“Küveyt və Azərbaycanla oyunda qarşıya qoyulan hədəfin nə olduğu barədə hələ danışmamışıq”.

Sportinfo.az xəbər verir ki, bunu Latviya yığmasının mərkəz müdafiəçisi Krister Tober deyib.

Zədəsini sağaltdıqdan sonra yenidən yığmaya dəvət alan 22 yaşlı oyunçu yerli mətbuata açıqlamasında Küveyt və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb.

Latviya martın 25-də Küveyt, 29-da isə Azərbaycan millisi ilə qarşılaşacaq. “Lexiya”nın gənc futbolçusu rəqiblər barədə məlumatsız olduğunu söyləyib:

“Diqqətimizi yalnız öz oyunumuza yönəldirik. Düzünü desəm, Küvet və Azərbaycan önündə nə gözlədiyimi bilmirəm.

Çünki onların oyunlarına hələ baxmamışam, heyətlərində hansı futbolçuların olduğunu bilmirəm. Amma ən yaxşı oyunumuzu göstərməyə çalışmalıyıq.

Bu matçlarda bir çox funksiyaları inkişaf etdirmək lazımdır. Ancaq istənilən halda hər iki görüşdə mütləq qalib gəlmək istəyirik. Bunu nəzərə alaraq Maltaya gəlmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti