Elxan Məmmədov millinin futbolçularına nə vəd edib?

23 Mart 2022 10:40 Milli komanda 911
Elxan Məmmədov millinin futbolçularına nə vəd edib?

Milli komandamız dünən Bakı Olimpiya Stadionunda son məşqə çıxıb.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da stadiona gələrək, kollektiv üzvləri ilə görüşüb və hazırlıq prosesini izləyib.

Yığma martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

E.Məmmədov bu qarşılaşmalarda komandadan qələbə gözlədiyini bildirib. O, UEFA Millətlər Liqasının növbəti mövsümünə psixoloji hazırlıq baxımından Maltadakı matçların əhəmiyyətli olduğunu söyləyib.

İcraçı vitse-prezident qazanılacaq hər qələbəyə görə yüksək məbləğdə mükafat veriləcəyini deyərək, futbolçuları motivasiya etməyə çalışıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti