Yoldaşlıq oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, 90+3-cü dəqiqədə penaltidən fərqlənən rəqib komanda 1:0 hesablı qələbə qazanıb.
Komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

