"O, millimizin gələcəyi olan oyunçulardandır” - İTALYANIN PROQNOZU

23 Mart 2022 11:00 Milli komanda 776
"O, millimizin gələcəyi olan oyunçulardandır” - İTALYANIN PROQNOZU

Sportinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi "Qarabağ"ın hücumçusu Rüstəm Əhmədzadənin sonradan əsas komandaya çağırılması haqda danışıb.

O bildirib ki, Namiq Ələskərov zədədən əziyyət çəkdiyi üçün bu addımı atıb:

“Rüstəmi U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Amma Namik Ələskərovun zədəsi var.

Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Millimizin gələcəyi olan oyunçulardandır”.

R.Əhmədzadə əvvəlcə U-21 çağırılsa da, daha sonra əsas milliyə dəvət olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti