Şotlandiyalılar Sumqayıt yolunda – YENİ TƏYİNATLAR

23 Mart 2022 02:40 Milli komanda 1 014
Şotlandiyalılar Sumqayıt yolunda – YENİ TƏYİNATLAR

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Devid Munro olacaq. Ona yan xətt hakimləri qismində Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.

Martın 25-də "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti