Millimizin baş məşqçisi Canni De Byazi yenidən yığmamıza çağırdığı Eddi İsrafilov və Dmitri Nazarov haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, onlar millidə olmayacaqları ilə bağlı fikri heç vaxt demədiyini söyləyib:
"Sadəcə həmin vaxt koronavirusla bağlı belə vəziyyət yaranmışdı. Gənclərə üstünlük vermişdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır.
Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçuları çağırdım.
Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada heç bir problem görmürəm".
İtaliyalı baş məşqçi qarşıdakı yoldaşlıq oyunları öncəsi Dmitri Nazarov ("Ertsgebirge, Almaniya), Riçard Almeyda (“Qarabağ”), Ağabala Ramazanov (“Zirə”), Eddi İsrafilov (“Neftçi”) və Səlahət Ağayevə ("Sabah") yenidən şans yaradıb.
Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

