Sportinfo.az-ın həftələr öncə yaydığı xəbər bu gün rəsmi təsdiqini tapıb - Kamran Ağayev əsas millidə işə başlayıb.
Bu ilin yanvarında karyerasını başa vuran sabiq qapıçı Canni De Byazinin köməkçisi təyin olunub.
O, qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirərək, Rauf Mehdiyevi əvəzləyib.
2008 - 2018-ci illərdə millinin formasını geyinmiş Ağayev bu gün ilk məşqə çıxıb.

