De Byazi istedad kəşf etmək istəyirsə, bizə düşən...

22 Mart 2022 22:00 Milli komanda 794
De Byazi istedad kəşf etmək istəyirsə, bizə düşən...

Yoldaşlıq matçları adətən yeni simaların tapılması və milli komandaya qazandırılması məqsədi daşıyır.

Təbii ki, böyük turnirlərə hazırlaşan milli komandalar üçün vəziyyət fərqlidir. Ki, onlarda aşağı-yuxarı heyət var və komandanın hazırlıq səviyyəsinin yüksəldilməsi proritetdir.

Bəs bizdə necə? Kimi dindirsən nəsil dəyişmədən, gəncləşdirmədən danışır. Amma Malta və Latviya kimi millilərlə yoxlama oyunları üçün çağırılan heyətə baxanda insanı gic gülmək tutur.

Heç bu günü perespektiv vəd etməyən heyətlə hansı gələcəkdən danışırıq axı?

Premyer Liqamızda Rövlan Muradov, Cəlal Hüseynov kimi nisbətən gənclər stabil çıxış etdiyi halda, niyə Dmitri Nazarov, Höccət Haqverdi kimi veteran yaşına çatmışlara milli komandada meydan verilir?

Axı bu yoxlama görüşüdür. Məqsəd kimlərisə yoxlamaq, gələcəyə hazırlamaqdır. Yox, De Byazi 30-32 yaşlı Höccətdən, Ozobiçdən, Nazarovdan, Almeydadan parlaq gələcək, yeni istedad kəşf etmək istəyirsə, bu, başqa məsələ.

O zaman siz topunuzla oynamağa davam edin.

Bizə isə Allah sizə ağıl versin duasını etməkdən başqa iş qalmır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti