Yığmamızın formasını geyinmiş hücumçu bu suala gülə-gülə cavab verdi

22 Mart 2022 10:40 Milli komanda 1 008
Yığmamızın formasını geyinmiş hücumçu bu suala gülə-gülə cavab verdi

Azərbaycan yığmasının sabiq hücumçusu Daniel Axtyamov məşqçiliyə başlayıb.

Berti Foqtsun zamanında millimizə cəlb olunan forvard özünü uşaq futbolunda sınamaq qərarına gəlib.

O, bu barədə Sportinfo.az-a deyib:

“Bura klub deyil, uşaq futbol məktəbi kimi yerdir. Futbolda ilk addımlarını atan balacalar üçündür.

Topla rəftarı, top saxlamağı, ötürmə verməyi-filan öyrədirəm. Məşqçiliyə avqustda başladım.

Uşaqlar futbolda ilk addımlarını atır, mən də məşqçilikdə (gülür). Qısası, hamımız yeniyik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti