«Millidə futbolçu qıtlığı var».
Bu sözləri «Sportinfo TV»yə açıqlamasında Berti Foqts və Robert Prosineçkinin zamanında yığmanın məşqçisi işləmiş Mahmud Qurbanov deyib.
Ölkənin bir nömrəli komandasının son illərdə olduqca uğursuz çıxış etməsinin səbəbləri barədə fikirlərini bölüşən «Pro» kateqoriyalı mütəxəssis «seçim hovuz»unun balaca olmasına diqqət yönəldib:
«Uğur əldə etmək istəyiriksə, o səviyyədə də futbolçularımız olmalıdır. Mən demirəm ki, bizim futbolçular zəifdir.
Bu komandada oynayanların əksəriyyətinin yaxşı nəticə qazanmağa potensialı çatır. Amma hamısı haqda da eyni sözü demək olmaz.
Millidə işləyən məşqçilərin seçim imkanı azdır. Bu da gəlib çıxır yenə klub futboluna.
Premyer Liqada cəmi 8 komanda çıxış edirsə və onlarda da legionerlər çoxdursa, təbii ki, millinin məşqçiləri futbolçu qıtlığı ilə üzləşəcək, onun əziyyətini çəkəcək.
Milliyə 30-35 nəfər arasında seçim etmək olmaz. Belədə sağlam rəqabət da mühüti də pozulur.
Futbolçu fikirləşir ki, zəif də oynasam, oyun praktikam da olmasa, yenə məni yığmaya çağıracaqlar».

