Mahir Emreli müəmmasına AFFA-dan RƏSMİ REAKSİYA

20 Mart 2022 17:00 Milli komanda 2 223
Mahir Emreli müəmmasına AFFA-dan RƏSMİ REAKSİYA

Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazinin dəvət göndərdiyi 24 oyunçu arasında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının üzvü Mahir Emrelinin adı yoxdur.

Bu qərar onun zədəli olması ilə əlaqələndirilir. Amma mətbuatda çıxan iddialara görə, əslində futbolçunun ciddi zədəsi yoxdur, sadəcə, Mahir klubunda daha tez bərpa olması üçün qarşıdakı yoxlama oyunlarına çağrılmamasını De Byazidən xahiş edib. Bəs əsl həqiqət necədir?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla sorğumuza cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Mahirin zədəli olması milli komandanın heyəti açıqlanmadan bir neçə gün əvvəldən bəlli idi. Məndə bununla bağlı məlumat vardı.

Həqiqətən də zədəlidir. Klubunun düşərgəsində zədələnib. Yoxlama görüşlərinə çağrılmaması ilə bağlı xahiş etməsi barədə isə məndə məlumat yoxdur".

Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti