Milliyə çağırılan iki legioner Bakıya gəlməli olmadı

20 Mart 2022 14:40 Milli komanda 1 290
Milliyə çağırılan iki legioner Bakıya gəlməli olmadı

Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.

Onlardan 3-ü legioner həyatı yaşayır. Belə ki, italiyan mütəxəssis "Erzgebirge Aue"dən (Almaniya) Dmitri Nazarovu, "Bursaspor"dan (Türkiyə) Namiq Ələsgərovu və "Tondela"dan (Portuqaliya) Renat Dadaşovu düşərgəyə çağırıb.

Bu oyunçulardan yalnız Ələsgərov Bakıya gələcək. Nazarovla Dadaşov birbaşa Maltaya yollanacaq və paytaxt Valettada kollektivə qoşulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!