İspanlar millimizə görə Maltaya gəlməli oldu

20 Mart 2022 11:40 Milli komanda 604
İspanlar millimizə görə Maltaya gəlməli oldu

Malta və Azərbaycan arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Alexandro Ernandesə laynsmanlar qismində Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.

Martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti