Millinin legionerləri – Kim Bakıya nə vaxt gəlir?

19 Mart 2022 16:00 Milli komanda 961
Millinin legionerləri – Kim Bakıya nə vaxt gəlir?

Azərbaycan futbol millisinin baş məşqçisi Cann de Byazi təlim-məşq toplanışı və yoldaşlıq görüşləri üçün heyəti açıqlayacaq.

İtaliyalı mütəxəssis adları özü üçün müəyyənləşdirib siyahını hazırlasa da, 20-ci turun başa çatmasını gözləyir.

Buna baxmayaraq, yığmanın qarşıdakı bir həftə üçün planı hazırdır. Komanda martın 23-də vətəni tərk edib çarter reysi ilə birbaşa Maltaya yola düşəcək.

Ölkə xaricində top qovan Renat Dadaşov, Namiq Ələsgərov, Anton Krivotsyuk kimi milli üzvləri martın 19-da və 20-də komandalarındakı oyunlarını başa vurub vətənə gələcək və Maltaya Bakıdan uçacaq.

De Byazinin rəhbərlik etdiyi kollektiv martın 25-i, Bakı vaxtı ilə saat 22:00-da Malta ilə üz-üzə gələcək. Martın 29-dakı rəqib isə Latviya seçməsi olacaq.

Bu oyunun start fiti Bakı vaxtı ilə saat 16:00-da çalınacaq. Oyunlar Ta Qali şəhərində yerləşən “National Stadium”da baş tutacaq.

Azərbaycan millisi Latviya ilə oyundan dərhal sonra – martın 29-u axşam çarter reysi ilə Bakıya dönəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti