"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən razıyam"

18 Mart 2022 00:40 Milli komanda 743
"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən razıyam"

"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam".

Sportinfo.az xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç bu gün keçirilmiş mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq:

"Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.

Latviya martın 25-də Küveytlə, martın 29-da Azərbaycan ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış