Rusiyanın Ukraynaya hücumu və bu ölkədə başlayan müharibə Azərbaycanın gənclər yığmasının baş məşqçisi Milan Obradoviçin bütün planlarını pozub.
AFFA ilə müqaviləsi yayda bitəcək serbiyalı çalışdırıcının “Prikarpatiya” ilə danışıqlar apardığı məlum olub.
Vaxtilə Ukraynada Xarkov “Metallist”inin və Kiyev “Arsenal”ının formasını geyinmiş balkanlı “Perşa Liqa” adlanan bırıncı divizion təmsilçisinə yollanmağa hazırlaşırmış.
2019-cu ildən ölkəmizdə işləyən və bu müddətdə heç bir nəticə qazana bilməyən Obradoviçin AFFA-dan illik 300-350 min dollar əldə etdiyini xatırladaq.
SPORTİNFO.AZ

