Mini-futbol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu gün Slovakiyanın paytaxtı Bratislavada turnirin püşkatma mərsimi keçirilib.
B qrupuna düşən yığmamız burada Rumıniya, İspaniya və Albaniya ilə qarşılaşacaq. Oyunlar 4-11 iyun tarixlərində olacaq.
Avropa çempionatı Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq.

