"Mən onlarla danışmışam, yığmadan getməyi düşünmürlər"

10 Mart 2022 09:00 Milli komanda 794
"Mən onlarla danışmışam, yığmadan getməyi düşünmürlər"

“Millətlər Liqasında hədəfimizə çatmaq üçün əlimizdən gələni etmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının baş məşqçisi Ştefan Tarkoviç deyib.

49 yaşlı mütəxəssis komandanın təcrübəli futbolçularından heç birinin milli karyerasını başa vurmaq istəyi ilə bağlı ona məlumat vermədiyini söyləyib:

“İşimizin yeni mərhələsi başlayır. Bizdə çox yaxşı futbolçu nəsli var. İnanıram ki, qarşıdakı yoldaşlıq görüşlərindən istifadə edəcək və Millətlər Liqasında irəliləyə biləcəyik.

Marek Hamşik, Yuray Kuçka və Peter Pekarík kimi lider futbolçularımız yığmadan getməyi düşünmürlər. Onlarla danışmışam, qarşıdakı dönəmdə də bizə kömək edəcəklər”.

Slovakiya yoxlama görüşləri çərçivəsində martın 25-də Norveçlə, 29-da isə Finlandiya ilə qarşılaşacaq.

Azərbaycanla Slovakiya arasında matçlar isə iyunun 10-da və sentyabrın 22-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti