UEFA millimizin Belarusa getməsinə icazə vermədi - Oyun neytral ölkədə keçiriləcək

3 Mart 2022 17:20 Milli komanda 1 090
UEFA millimizin Belarusa getməsinə icazə vermədi - Oyun neytral ölkədə keçiriləcək

Belarus və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının qrup oyununun yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşamalara azarkeş buraxılmayacaq.

Qərar dərhal qüvvəyə minib. UEFA İcraiyyə Komitəsi ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.

İyunun 6-da keçiriləcək Belarus - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti