Danimarka yığmasınla oynayan: "Məni də Azərbaycan millisinə dəvət edərlər"

2 Mart 2022 03:00 Milli komanda 2 203
Danimarka yığmasınla oynayan: "Məni də Azərbaycan millisinə dəvət edərlər"

"Hələ ki, Azərbaycandan təklifim yoxdu. Amma yayda olacağını düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Onur Albayrak deyib.

21 yaşlılardan ibarət yığma komandamızda oynamış müdafiəçi hazırda Danimarkada “Vorup” forması geyinir.

O, mövsüm sonunda Azərbaycan klublarından biri ilə müqavilə imzalamaq niyyətində olduğunu bildirib.

“Randers” yetirməsi olan futbolçu Azərbaycanın əsas millisində oynamaq fikrindədi: "Ümid edirəm ki, məni Azərbaycan millisinə dəvət edərlər. Allah qoysa, bu yay dəvət olar".

Albayrak Danimarkanın U17 və U-18 yığmalarında da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti