Rövnəq Abdullayevdən bir neçə suala cavab almaq istədi, məlum oldu ki…

23 Fevral 2022 13:00 Milli komanda 1 727
Rövnəq Abdullayevdən bir neçə suala cavab almaq istədi, məlum oldu ki…

Millinin baş məşqçisi Canni De Byazi AFFA rəhbərliyinə müraciət edib.

O, qarşıdan gələn UEFA Millətlər Liqasında iştirak edəcək komanda ilə bağlı bəzi suallara aydınlıq gətirmək istəyib.

Bunlardan ən birincisi futbolçulara veriləcək mükafatın məbləğini dəqiqləşdirmək olub.

İtaliyalı çalışdırıcı istədiyi cavabı ala bilməyib.

65 yaşlı mütəxəssisə deyilib ki, maliyyə ilə bağlı məsələlər birbaşa AFFA prezidenti Rövnəq Abdullayevlə razılaşdırılmalıdır, o isə hazırda yeni işinə diqqət ayırıb və futbola ayırmağa vaxtı yoxdur.

R.Abdullayevin fevravlın 10-da SOCAR-ın prezidenti vəzifəsini iqtisadiyyat nazirinin müavini postuna dəyişdiyini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!