"Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi deyib.
İtaliya mətbuatına danışan 66 yaşlı çalışdırıcı işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib:
"Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq".
Azərbaycan millisi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

