Azərbaycan millisinin yeni baş məşqçi kimləri özünə köməkçi götürdü?

15 Fevral 2022 16:40 Milli komanda 1 810
Azərbaycan millisinin yeni baş məşqçi kimləri özünə köməkçi götürdü?

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisinin baş məşqçi postunun Samir Əliyevə tapşırıldığını xəbər vermişdik.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov oyunlara hazırlığın martda start götürəcəyini bildirib:

"Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq.

Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları gerçəkləşəcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək".

S.Əliyev artıq öz korpusunu müəyyən edib. Emin İmaməliyev, Araz Qulamov və Üzeyir İbrahimov onunla çiyin-çiyinə çalışacaq.

Əvvəllər də U-19-da bir yerdə işləmiş məşqçilər hazırlıq planı tutub. Komandanın ilk təlim-məşq toplanışı Bakıda təşkil olunacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti