Malavi yığmamızın 13-cü “onluğ”a yuvarlanmasına səbəb oldu

15 Fevral 2022 02:30 Milli komanda 756
Malavi yığmamızın 13-cü “onluğ”a yuvarlanmasına səbəb oldu

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Sporinfol.az xəbər verir ki, 2022-ci ilin ilk cədvəlində bəzi dəyişikliklər baş verib.

Buna Afrika Millətlər kuboku, DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin azsaylı yoxlama görüşləri səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib.

Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 1139 xalla dünyanın 121-ci komandasıdır.

Bir pillə geriləyən yığmamızın 13-cü “onluğ”a yuvarlanmasına Malavi səbəb olub. Afrika çempionatındakı çıxışı uğurlu alınan komanda millimizi arxada qoyub.

İlk “üçlük”də dəyişiklik olmayıb. Belçika (1828), Braziliya (1823) və Fransa (1786) ön sıralarda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti