“2020-ci ildə iki millidə çalışmaq təklifi aldım.
Onlardan biri Azərbaycan, digəri Macarıstan idi”.
Sportinfo.az xəbər verir ki, bunu almaniyalı məşqçi Peter Neururer deyib.
67 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində iki il əvvəl AFFA-dan təklif alsa da, bunu qəbul etmədiyini söyləyib:
“Həmin vaxt təkliflərdən biri Azərbaycan millisindən gəldi, amma olduqca maraqsız idi. Bu, maliyyə baxımından böyük görünə bilərdi, ancaq sırf idman baxımından maraqsız idi.
Macarıstanın təklifi isə diqqətçəkən idi. Onunla dünya və ya Avropa çempionu olmasanız belə, nəsə etmək mümkündür.
Seçmə mərhələ zamanı mənə müraciət gəldi, amma məşqçiləri uğur qazandı, buna görə də dəyişiklik baş vermədi”.
1984-cü ildən məşqçiliyə başlayan Peter Neururer “Şalke”, “Herta”, “Hannover”, “Köln”, “Bohum”, “Duysburq” kimi klublarda çalışıb.

