Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, millimiz “Antalyaspor”un ikinci komandası ilə qarşılaşıb.
Oyun Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Millimizin heyətində Ayxan Süleymanov fərqlənib.
U-19 yığmamız daha öncə İraqın U-20 komandası ilə heç-heçə (2:2) edib, Ukraynanın “Rux” (Lvov) klubunun ikinci komandasına uduzub – 0:1.

