Millidə 2 köhnə, 1 yeni ad – AFFA-dan De Byaziyə məsləhət

8 Fevral 2022 21:00 Milli komanda 1 555
Millidə 2 köhnə, 1 yeni ad – AFFA-dan De Byaziyə məsləhət

Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Bu qarşılaşmalar mart ayında baş tutacaq. Komanda ayın 25-də Malta, 29-da Latviya ilə qarşılaşacaq.

Hər iki oyun Maltada keçiriləcək. Valetta şəhərindəki Milli stadionda təşkil olunacaq görüşlərin başlama vaxtı da bəllidir.

Malta ilə oyun Bakı vaxtı ilə saat 22:00-da, Latviya ilə qarşılaşma isə 16:00-da başlayacaq.

Millimizin Maltada 7-10 gün ərzində təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub. Odur ki, baş məşqçi Canni De Byazi bu görüşlərdə genişləndirilmiş heyətdən istifadə edəcək.

İtalyan çalışdırıcı “Neftçi” ilə müqavilə bağlayan Eddi İsrafilovu 1,5 illik fasiədən sonra düşəregəyə qaytarmaq niyyərindədir.

Həmçinin “ağ-qaralar”a yeni qoşulmuş Azər Əliyevin yığmaya çağırılması da apenninli sükançının gündəmindədir.

Almaniyanın Qərb Regional Liqasında çıxış edən “Şalke II”nin hücumçusu Rüfət Dadaşovdun adını da bu siyahıda görə bilərik. Hər halda AFFA çoxdandır millidən kənarda qalan forvardı sınamağı De Byaziyə məsləhət görüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti