UEFA millimizə icazə verdi – Bu şəhərdə oynamaq üçün

8 Fevral 2022 17:20 Milli komanda 1 203
UEFA millimizə icazə verdi – Bu şəhərdə oynamaq üçün

Belarus və Azərbaycan arasında UEFA Millətlər Liqasının qrup oyununun yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda II tura təsadüf edəcək qarşılaşma Minsk şəhərindəki Milli Olimpiya Stadionunda oynanılacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Belarusdakı ictimai-siyasi vəziyyətlə əlaqədar sözügedən oyunun neytral ölkədə təşkili gözlənilirdi. Çünki ötən ilin iyununda UEFA öz turnirlərinin bu ölkədə təşkilindən imtina edib.

Bu, Avropa İttifaqının "Ryanair"ə məxsus təyyarəsi ilə bağlı insident üzündən etirazlar fonunda baş verib. Qitə futbol qurumu 2021-ci ildə bu ölkədə heç bir yarışın olmayacağını açıqlayıb.

Nəticədə Belarus yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Rusiyanın Kazan şəhərində qəbul edib.

Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti