Azərbaycan millisinin yeni baş məşqçisi bilindi

2 Fevral 2022 13:15 Milli komanda 1 066
Azərbaycan millisinin yeni baş məşqçisi bilindi

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev olacaq.

Sportionfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Milli assosiasiya rəsmisi oyunlara hazırlığın martda start götürəcəyini bildirib:

"Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq.

Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları gerçəkləşəcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti