"Hansı transferlərin uğurlu olub-olmamasını zaman göstərəcək"

30 Yanvar 2022 17:40 Milli komanda 1 161
"Hansı transferlərin uğurlu olub-olmamasını zaman göstərəcək"

"Hansı transferlərin uğurlu olub-olmamasını zaman göstərəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin məşqçisi Arif Əsədov deyib.

Premyer Liqa klublarının qış fasiləsində aldığı yeni futbolçular barədə fikirlərini bildirən Canni De Byazinin köməkçisi qeyd edib ki, rəy vermək tezdir.

O, milliyə namizədlər haqqında isə fərdi danışmaq istəmədiyini sözlərinə əlavə edib:

"Çempionatın gedişində hər şeyi görəcəyik. Ümumi olaraq, müsbət qiymətləndirmək olar. Biz də milliyə namizəd futbolçuları izlədik.

Kimlərinsə adını ayrı çəkmək istəməzdim. Amma sevindirici hal o oldu ki, bəzi zədəli olan milli üzvləri yenidən yaşıl meydanlara qayıtdılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti