"Hazırda komandada lider çatışmazlığı var".
Bu sözləri "Sportinfo TV"yə açıqlamasında millinin aparıcı fiqurlarından olmuş Rail Məlikov deyib.
Uzun illər bu formanı geyinmiş müdafiəçi yığmanın cari problemlərindən bəhs edib.
36 yaşlı məşqçi xarizmatik və yoldaşlarına təsir gücü olan futbolçuların azlığına diqqət çəkib.
O, Maksim Medvedevlə Emin Mahmudovun məysuliyyəti üzərinə götürə biləcəyini iddia eləyib, nəsil dəyişməsinin millidə dərin izlər buraxdığını söyləyib.

