“Neftçi”yə gəldi, millinin məşqçisi dedi:“Bundan sonra...”

28 Yanvar 2022 21:00 Milli komanda 1 297
“Neftçi”yə gəldi, millinin məşqçisi dedi:“Bundan sonra...”

“Eddi İsrafilov hələ ölkə xaricində çıxış etdiyi dönəmdə daim baş məşqçinin diqqətindəydi.

Bundan sonra gözümüzün qarşısında olacaq”.

Millidə Canni de Byazinin köməkçisi olan Arif Əsədov Antalya toplanışı ilə bağlı təəssüratlarını Sportinfo.az-a bölüşəndə, “Neftçi”nin yeni transferinin hazırkı durumu haqda da danışıb.

Əsədov İsrafilovun xoş təsir bağışladığını, millidəki yerini qaytarmaq üçün hər şeyin öz əlində olduğunu bildirib:

“Pandemiya dönəmində Azərbaycana gəlib-qayıtması bir az problemli idi. Daha sonra “Albasete”dən ayrıldı və sabitliyini itirdi. Ona görə də son vaxtlar yığmadan kənarda qalmışdı.

“Neftçi”nin iki yoldaşlıq görüşünə baxdıq və hər ikisində Eddi əsas heyətdə meydana çıxmışdı. Qısa zamanda komandaya uyğunlaşdığını deyə bilərəm.

Özünü rahat hiss edirdi. “Neftçi”də oynamağı yaxşıdır ki, göz qabağında olacaq. Bundan sonra hər şey özündən asılıdır.

Apardığımız qeydləri baş məşqçi Canni de Byazinin diqqətinə çatdırandan sonra son qərarı verəcək”.

Eddi İsrafilov 2016-cı ilin iyunundan 2019-cu ilin noyabrına qədər Azərbaycan millisində 13 oyunda 624 dəqiqə meydanda olub. O, “Neftçi” ilə 2024-cü ilin yayına qədər müqavilə bağlayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti