AFFA-dan “Sportinfo”ya BİLDİRDİLƏR – “Hələ axtarırıq”

25 Yanvar 2022 14:40 Milli komanda 938
AFFA-dan “Sportinfo”ya BİLDİRDİLƏR – “Hələ axtarırıq”

Azərbaycan millisi martda yoxlama görüşü keçirəcək.

Bu barədə Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, komanda martda təlim-məşq toplanışına yığışacaq.

Hazırlıq prosesinin ölkə xaricində təşkil olunması planlaşdırılır. Federasiya rəsmisi hələlik toplanışın dəqiq tarixinin hələ dəqiqləşmədiyini söyləyib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə C Liqasında yer alıb.

Azərbaycan Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Mİllətlər Liqasında yeni mövsümə iyunun 2-də start veriləcək. Italiyalı çalışdırıcı AFFA-dan mötəbər turnirədək ən azı 1 yoxlama görüşünün təşkilini istəyib.

F.Abdullanı dinləyək: “AFFA hazırda müxtəlif federasiyalarla danışıqlar aparır. Rəqib Asiyadan, yoxsa Avropadan olacaq?

Böyük ehtimalla, Avropadan. Bu, toplanışın harada təşkil edilməsindən də asılıdır”.

Digər Xəbərlər
Xəbər Lenti