Milli ilə bağlı YENİ XƏBƏR VAR - AFFA-dan bildirildi

24 Yanvar 2022 18:00 Milli komanda 960
Milli ilə bağlı YENİ XƏBƏR VAR - AFFA-dan bildirildi

Azərbaycan millisi mart ayında təlim-məşq toplanışına yığışacaq.

Bu barədə Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, hazırlıq prosesinin ölkə xaricində təşkil olunması planlaşdırılır. Federasiya rəsmisi hələlik toplanışın tarixinin hələ dəqiqləşmədiyini söyləyib.

Yığmamızın UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə rəqibləri müəyyənləşib.

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Mİllətlər Liqasında yeni mövsümə iyunun 2-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti