
“Bir çox futbolçular qarayaxmaya məruz qalıb, o cümlədən, mən”.
Bu sözləri “Sportinfo TV”yə açıqlamasında ömürlük futboldan uzaqlaşdırılmış Mirhüseyn Seyidov deyib.
Bu sahədə ilk addımlarını “Neftçi”də atıb., peşəkar karyerasına “Keşlə”də son verən yarımmüdafiəçi haqqında çox söz-söhbətlər yayıldığını bilidirib:
“Xeyli müddət “Neftçi”də oynamışam, kapitan olmuşam, cəmi 1 dəfə milliyə çağırılmışam. Onda da Norveçlə oyuna.
Mahmud Qurbanov 22-23 nəfərə dəvət göndərmişdi, biri də mən idim. Həmin vaxt Mahmud müəllimə sual vermişdilər ki, Mirini kimin sözüylə milliyə çağırmısan.
Elə fikirləşirdilər ki, kimsə məni qabağa çəkir. Deyirdilər ki, naxçıvanlıdır, arxalı adamdır, gətiriblər “Neftçi”yə, kapitan qoyublar.
Daha demirdilər ki, Miri 5 ildir “Neftçi”nin əsas komandasında oynayır, futbola elə burada başlayıb. Hanı o “day-day”?
“Day-day”ım olsaydı, 5 ildir küçələrdə qalardım? Elə birisi varsa, çıxsın da ortaya, daha bəsdir kənarda qalmışam.
Əhmədlidə köhnə evdə qalmışam, “Ruslan-93”də balaca otaqda yaşamışam, Mənə qarayaxanlar bircə dəfə gəlib yaşadığım ev-eşiyi görməyib”.