
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı beynəlxalq turnirdəki oyunlarının vaxtı açıqlanıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək yarışda qüvvəsini sınayacaq.
Millimiz fevralın 6-də Qırğızıstan, 7-də Belarus, 9-da Qazaxıstan, 10-da isə Tacikistanla qarşılaşacaq.
Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.