Sevgilisi onun millimizdə və Neftçidə çıxış etməsinə İCAZƏ VERMƏDİ

21 Yanvar 2022 16:20 Milli komanda 3 121
Sevgilisi onun millimizdə və Neftçidə çıxış etməsinə İCAZƏ VERMƏDİ

«Ufa»nın müdafiəçisi Azər Əliyev yaxın perspektivdə Azərbaycana dönməyəcək.

O, növbəti dəfə «Neftçi»nin təklifini geri çevirib.

AFFA da onun tərəfindən eyni situasiya ilə üzləşib. Belə ki, 27 yaşlı futbolçunun sevgilisi onun Rusiyadan ayrılmasına icazə verməyib.

Cinah oyunçusu federasiyanın çağırışına müsbət cavab versəydi, 50 min dollar irəli düşəcəkdi.

“Neftçi” də həm Rusiya klubunun, həm də futbolçunun maliyyə şərtlərini yerinə yetirməyə hazır idi. Bu məqsədlə büdcədən 200 min dollar ayrılıb.

Göstərilən məbləğin yarısını «Ufa»nın, qalan hissəsini cinah müdafiəçisinin özünə ödəməyə razıdırlar. Başqırdıstan paytaxtının eyniadlı təmsilçisi azərbaycanlı oyunçusu ilə müqaviləyə vaxtından əvvəl xitam verməyin lehinədir.

Əvvəla, maliyyə durumları qənaətbəxş deyil. Əməkhaqları 3-4 aydan bir ödəyirlər. 18 tura 16 xal toplayan komanda turnir cədvəlinin 15-ci pilləsində yer alıb.

Təhlükəli zonada qərarlaşan «Ufa» aşağı liqaya düşməyə real namizədlərdən sayılır.

“Neftçi”dən 2+1 illik müqavilə təklifi alan Əliyev həm də narahatdır ki, bir də Rusiya premyer-liqasına dönəsi olsa, burada yerli statusu ilə çıxışını davam etdirə bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!