"Keçən və saqqallı kişi olmuşam" – O, özünü necə sevdirmişdi?

20 Mart 2022 10:40 Milli komanda 809
"Keçən və saqqallı kişi olmuşam" – O, özünü necə sevdirmişdi?

“O vaxt hamı məni Berti Foqtsun sevimlisi adlandırırdı”.

Vaxtilə ölkəmizin əsas millisinin şərəfini qorumuş Daniel Axtyamov illər sonra Sportinfo.az-a açıqlamasında maraqlı faktın üstünü açıb.

Xatırlayırsınızsa, atası azərbaycanlı olan hücumçunun yığmada çıxış etməsi birmənalı qarşılanmırdı.

Ölkə futbol ictimaiyyəti sarışın futbolçuya ölkənin bir nömrəli futbol komandasında yer olmadığını desə də, inadından dönməyən Foqts ona mütəmadi dəvət göndərirdi.

Sabiq hücumçu dünya və Avropa çempionunun ona olan sevgisinin arxasında nələrin dayandığını belə açıqlayıb:

“Foqts aqressiv futbolçuları xoşlayırdı. Mən də məşqlərdə özümü pressinq edən, mübarizələrə girişən, sərt oynamağı sevən hücumçu kimi göstərirdim.

Məncə, məhz bu keyfiyyətlərimə görə mənə güvənirdi. Həm də ucaboy və sarışın idim deyə, məni almanlara oxşadırdı (gülür).

Artıq sarışın deyiləm. Keçən və saqqallı kişi olmuşam. 37 yaşım var, əvvəlki görkəmdən əsər-əlamət qalmayıb”.

Daniel Axtyamov Azərbaycan millisində 9 oyunda iştirak etsə də, qol vura bilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU