Azərbaycanda futbolun gələcəyi ilə bağlı MÜHÜM ADDIM ATILIR

18 Yanvar 2022 13:00 Milli komanda 1 291
Azərbaycanda futbolun gələcəyi ilə bağlı MÜHÜM ADDIM ATILIR

Gənclər və İdman Nazirliyi (GİN) uşaq futbolunun inkişaf etdirilməsi ilə əlaqəli yeni konsepsiya hazırlamağa başlayıb.

Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, GİN bu sahəni tamamilə öz nəzarətinə götürməyi planlaşdırıb.

Bu istiqamətdə ilk addım kimi Bakı şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən aşağı yaş qrupları üzrə komandaların bir mərkəzdən idarə olunması nəzərdə tutulub.

Yəni ki, Təhsil Nazirliyinin balansında olan idman təşkilatlarının nəzdindəki futbol məktəblərinin GİN-in tabeçiliyinə verilməsi gözlənilir.

Belə olsa, AFFA-nın da işi yüngülləşəcək. Bilindiyi kimi, federasiya bu mövsüimdən yeni sistemə keçib və qurumun bayrağı altında keçirilən müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan komandalara maliyyə dəstəyini dayandırıb.

Buna əsasən, iştirakçılara qida xərci və «yol pulu» kəsilib. Nəticədə Gənclər və İdman, həmçinin Təhsll Nazirliklərinin balansındakı komandaların yarışlarda qüvvəsini sınamasında problem yaranıb.

GİN daxili imkanları hesabına təmsilçilərinin turnirdə çıxışını davam etdirməsinə nail olsa da, digər nazirliyin nümayəndələri «ofsayd»a düşdü.

Nəticədə AFFA İntizam Komitəsi Təhsil Nazirliyinin balansındakı bir neçə bölgə komandasını (cənub və qərb zonalar) U-13 və U-15 liqalarından uzaqlaşdırdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?