“Daha yaxşı yerlərdə ola bilərdim, amma qismət belədir”

18 Yanvar 2022 00:50 Milli komanda 572
“Daha yaxşı yerlərdə ola bilərdim, amma qismət belədir”

"Yığmadakı qapıçıları formada saxlamağa çalışacam".

Sportinfo.az xəbər verir ki, bunu karyerasını yenicə başa vuran qapıçı Kamran Ağayev Azərbaycan millisindəki işi barədə "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olarkən deyib.

Veteran qolkiper bildirib ki, bununla kifayətlənməyəcək: "Daim axtarışda olmaq lazımdır".

Futbolla vidalaşmasına da toxunan Ağayev bunun çətin qərar olduğunu söyləyib:

"İdman elədir ki, elə bilirsən, heç vaxt karyeranı bitirməyəcəksən, hər zaman oynayacaqsan. Daha yaxşı yerlərdə ola bilərdim.

Hər zaman özümə güvənmişəm. Amma qismət belədir. Hər şeyi almaq olar. Lakin insanların sevgisini qazanmaq asan deyil".

Digər Xəbərlər
Xəbər Lenti