
"Beş komandanın yer aldığı qrupa düşmüşdük. Belə olmasaydı, daha çox xal toplaya bilərdik".
Sportinfo.az xəbər verir ki, bu fikirlər yığmamızda debüt mövsümünü arxada qoyan Filip Ozobiçə məxsusdur.
Milliləşdirilən futbolçu komandamıxın 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
Xorvatiyalı yarımmüdafiəçi 1 xal toplayaraq A qrupunda sonuncu pilləni tutan kollektivin uğursuzluğunu bu cür şərh edib:
"Azərbaycan futbolunda nəsil dəyişikliyi yaşanır. İtalyan baş məşqçi Canni De Byazi yeni komanda qurur.
Millətlər Liqasında daha yaxşı çıxış edəcəyimizə inanıram. Komanda yeni formalaşır və bəzi oyunçular yığmadan gedib".