Azərbaycan millsində oynamağa razılaşsa... QAZANACAĞI MƏBLƏĞ

15 Yanvar 2022 19:20 Milli komanda 2 072
Azərbaycan millsində oynamağa razılaşsa... QAZANACAĞI MƏBLƏĞ

AFFA adı “Neftçi”nin transfer siyahısında yer alan Azər Əliyevə yeni dəvət göndərib.

Federasiya Rusiya premyer-liqasında mübarizə aparan “Ufa”nın formasını geyinən müdafiəçiyə Azərbaycan yığmasınıa gəlməyi təklif edib.

27 yaşlı cinah oyunçusu bu çağırışa müsbət cavab verərsə, 50 min dollar irəli düşəcək.

“Neftçi” də həm Rusiya klubunun, həm də futbolçunun maliyyə şərtlərini yerinə yetirməyə hazırdır. Bu məqsədlə büdcədən 200 min dollar ayrılıb.

Göstərilən məbləğin yarısını «Ufa»nın, qalan hissəsini cinah müdafiəçisinin özünə ödəməyə razıdırlar. Başqırdıstan paytaxtının eyniadlı təmsilçisi azərbaycanlı oyunçusu ilə müqaviləyə vaxtından əvvəl xitam verməyin lehinədir.

Əvvəla, maliyyə durumları qənaətbəxş deyil. Əməkhaqları 3-4 aydan bir ödəyirlər. 18 tura 16 xal toplayan komanda turnir cədvəlinin 15-ci pilləsində yer alıb.

Təhlükəli zonada qərarlaşan «Ufa» aşağı liqaya düşməyə real namizədlərdən sayılır. Gəl ki, Azər Rusiyadan ayrılmağa tərəddüd edir.

Onu ehtiyatlandıran nəvaxtsa yaşadığı ölkəyə qayıdarsa, üzləşəcəyi problemdir.

“Neftçi”dən 2+1 illik müqavilə təklifi alan Əliyev narahatdır ki, bir də Rusiya premyer-liqasına dönəsi olsa, burada yerli statusu ilə çıxışını davam etdirə bilməyəcək.

Hələ də ümid edir ki, ona başqa təklimflər gələcək, o üzdən, “Neftçi” ilə danışıqların gedişini yubadır, qəti cavab vermir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti