"Bunu etiraf etməliyik, birinci yer hədəfimiz deyil"

12 Yanvar 2022 23:20 Milli komanda 674
"Bunu etiraf etməliyik, birinci yer hədəfimiz deyil"

"Bunu etiraf etməliyik - Slovakiya kağız üzərində favoritdir. Təcrübələri, güclü liqalarda keyfiyyətli futbolçuları var".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Filip Ozobiç deyib.

O, millinin Millətlər Liqasında şanslardan danışıb:

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək: "Slovakiyanın Xorvatiya ilə görüşdə təhlükəli və yaxşı rəqib olduqları göründü.

Rəqibləri təəccübləndirmək istəyirik, amma ilk pilləni qarşımıza hədəf kimi qoymuruq. Biz seçmə mərhələdən daha çox xal qazanmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!